-
- 23-08-2024, 22:48
- 349
Bizə yeni dünya lazımdır - Lukaşenko
Sülh içində yaşamaq üçün Avropaya yeni sülh müqaviləsi lazımdır.
News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Avropanın sülh şəraitində yaşaması üçün bizə yeni sülh müqaviləsi lazımdır, bizə belə demək mümkünsə, yeni dünya lazımdır”, - Belarus lideri ölkədəki missiyasını başa vuran Apostol nunsiosu Ante Yoziç ilə görüşdə deyib.
Söhbətdə Lukaşenko deyib ki, Avropa ölkələrinin öz xalqlarının maraqlarından çıxış edən güclü liderləri olmalıdır. Belarus dövlətinin başçısı bununla bağlı əlavə edib ki, xüsusilə təhlükəsizlik məsələlərində Belarus və Vatikanın rəhbərliyinin fikirləri praktiki olaraq üst-üstə düşür.