-
- 10-05-2024, 12:19
- 283
“Dollar və avro heç kimə lazım deyil” - Lukaşenko
Bir çox ölkələr dollar və avrodan istifadəyə marağını itirir, təkcə Belarus və Rusiya onlardan imtina edir.
News24.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“İndi heç kimə nə dollar, nə də avro lazımdır. Hətta artıq Belarus və Rusiya bundan imtina edib. Bu, bir çox ölkələrdə var”, - deyə Lukaşenko qeyd edib.
Onun sözlərinə görə, bu valyutaların aktuallığı xüsusilə qızıl-valyuta ehtiyatlarının, Qərbdə saxladıqları aktivlərin Rusiyadan oğurlanacağı barədə danışdıqdan sonra aşağı düşüb.
Mehriban Mirzəzadə