-
- 24-08-2024, 09:51
- 227
Səmada altı planetdən ibarət parad
Avqustun 28-i səhər saatlarında Merkuri, Mars, Yupiter, Uran, Neptun və Saturn və Ay Günəşin bir tərəfində düzüləcək.
"News24.az" TASS-a istinadən xəbər verir ki, planetlərin şərti paradı səmada təxminən 160 dərəcəlik sektorda olacaq.
Avqust ayında Mars, Yupiter, Uran, Neptun və Saturn gecə yarısından səhər saatlarına qədər görünür. Ayın sonunda Merkuri Bakı vaxtı ilə saat 05:00-dan sonra səmada görünməyə başlayır. Planetlərin hamısı Günəşin şərqində (sağda) yerləşəcək.
“Avqustun 28-də Merkuri, Mars, Yupiter, Uran, Neptun, Saturn və Ay səhər saatlarında səmada Günəşin bir tərəfində təxminən 160 dərəcəlik sektorda yerləşəcək”, - məlumatda bildirilib.
Aydın havada parad iştirakçılarının bəzilərini adi gözlə, qalanlarını isə teleskopla görmək mümkün olacaq.