Ronaldo "Əl-Nəsr"dən niyə narazıdır?
    • 24-08-2024, 16:25
    • 350

Ronaldo "Əl-Nəsr"dən niyə narazıdır?

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu maliyyə çətinlikləri yaşayır.

News24.az Lent.az-a istinadla xəbər verir ki, rəhbərlik Səudiyyə investisiya fondundan komandanın gücləndirilməsi üçün pul istəsə də, rədd cavabı alıb.

Hücumçu Kriştiano Ronaldonun klubdakı maliyyə böhranından xəbərdar olduğu və bundan narazı olduğu qeyd edilir. Eyni zamanda, 39 yaşlı ulduz futbolçu “Əl-Nəsr” rəhbərliyinin tələbi ilə hazırki vəziyyəti açıq şəkildə şərh etmir.

Ötən mövsüm Ronaldo bütün turnirlərdə 45 oyunda iştirak edib, 44 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırki əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.