-
- 7-06-2019, 11:16
- 1 152
Azərbaycanda bu çimərliklərdən istifadə QADAĞAN OLUNDU - XƏBƏRDARLIQ
"Bakı çimərliklərində aparılan labarator müayinələr yekunlaşıb".
Bunu News24.az-a Səhiyyə Nazirliyi Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.
Onun sözlərinə görə, Qaradağ rayonu ərazisində Sahil çimərliyi, Səbail rayonunda Şıx çimərliyi, Suraxanı rayonunda Hövsan çimərliyi, Türkan çimərliyi və Sumqayıt çimərliklərindən vətəndaşların istifadəsi məqsədəuyğun deyil: "Müayinələri bir neçə dəfə təkrarladıq. Əsasən baktereoloji müayinə aparıldı, bağırsaq çöplərinin olub-olmaması araşdırıldı,kimyəvi, radioloji, taksikoloji müayinələr götürüldü. Bununla əlaqədar olaraq müvafiq qərar vermişik. Aidiyyatı üzrə müvafiq orqanlara qərarların surətini göndəririk".
Z.Kazımov onu da əlavə edib ki, insanlar özləri də bu məsələdə diqqətli olmalıdırlar: "Hansı çimərlikdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Təcili Tibbi Yardım maşınları varsa, o qanuni çimərlikdir və həmin ərzazidə çimmək olar. Hansı ərazilər yoxdursa, ordan istifadə etməsinlər".
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimyyətinin qərarına əsasən, çimərlik mövsümü iyunun 15-dən açılacaq.
Afaq Mirayiq