Abşeron çimərliklərində labarator müayinələr aparılıb
    • 4-06-2019, 12:45
    • 730

Abşeron çimərliklərində labarator müayinələr aparılıb

Dəniz suyunun labarator müayinələrinin nəticələri yaxın günlərdə bilinəcək”

Bunu News24.az-Səhiyyə Nazirliyi Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib. Onun sözlərinə görə, mayın 6-dan etibarən Abşeron rayonunda yerləşən çimərliklərindən labarator müayinələr götürülüb: “Hazırda tədqiqatlar aparılır, nəticələr hələ bəlli deyil. Yaxın həftədə bilinəcək. Müayinələri bir neçə dəfə təkrarlayırıq.

Əsasən baktereoloji müayinə aparılır, bağırsaq çöplərinin olub-olmaması araşdırlır, kimyəvi, radioloji, taksikoloji müayinələr götürülür. Əgər xoşagəlməz vəziyyət varsa, onda qərar qəbul edirik. Yekun nəticəyə gəlirik ki, hansı ərazilərdə vətəndaşlar çimə bilər ya yox”.

Afaq Mirayiq