Ən ağıllı uşaqlar BU AYDA DOĞULUR
    • 26-08-2024, 15:17
    • 44 083

Ən ağıllı uşaqlar BU AYDA DOĞULUR

Elm adamları uşaqların doğum ayı ilə zəkası arasında potensial əlaqəni araşdıraraq diqqətəlayiq bir nəticəyə gəliblər. 

News24.az xəbər verir ki, araşdırmalar nəticəsində hansı aylarda doğulan uşaqların intellekt potensialının daha yüksək olduğuna dair mühüm məlumatlar əldə edilib.

Sentyabr ayında doğulan uşaqların akademik uğurları ilə seçildiyi müəyyən edilərkən, ABŞ-da 1 milyon şagirdin məlumatlarını araşdıran elm adamları, sentyabr ayında doğulan şagirdlərin digər aylarda doğulanlara nisbətən məktəb performansında daha müvəffəqiyyətli olduğunu ortaya qoyublar.

Araşdırmaya görə, bu tələbələr həm orta, həm də ali məktəb səviyyəsində ən yüksək qiymətlər alıblar.

Avqust ayında doğulan uşaqlar ümumiyyətlə daha az akademik uğur qazanmış kimi təsvir edilib.

Məlum olub ki, idman sahəsində uğur qazananların əksəriyyəti avqust ayında doğulub.

Xüsusilə futbol və basketbol kimi idman növlərində ulduz futbolçuların əksəriyyətinin avqust ayında doğulduğu bildirilib.

Bu araşdırmalar göstərir ki, doğum ayı təkcə bürclərə və doğum günlərinə deyil, həm də zəka və ömür kimi mühüm amillərə təsir edə bilər. Həmçinin payız və qış aylarında doğulan insanların yaz və yay aylarında doğulanlardan daha uzun ömür sürdüyünü təsdiqləyir.

Məryəm İlhamqızı