DİN əhaliyə müraciət etdi - Yeni dələduzluq növü yayılıb
    • 26-08-2024, 17:54
    • 2 043

DİN əhaliyə müraciət etdi - Yeni dələduzluq növü yayılıb

"Ata, ana, nənə və baba üçün övladdan və nəvədən doğma heçnə yoxdur. Bunu bilən kibercinayətkarlar xaricdə yaşayan şəxslərin Azərbaycanda olan ailə üzvlərinin ev telefonlarını tapıb zəng etməklə, onları aldadaraq pullarını talayırlar". 

News24.az-ın məlumatına görə, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev öz sosial media hesabındakı paylaşımında yazıb.

"Həssas, dramatik, faciəvi məqamlara toxunmaqla - övladınız, yaxud nəvəniz tutulub, ağır qəza keçirib, ölüm ayağındadır, reanimasiyadadır, - deyə yalan xəbər verib təcili pul tələb edirlər. Həmin pul vəsaiti kuryer vasitəsilə ələ keçirilərək xarici bank hesablarına köçürülür. 

Hər bir vətəndaş diqqətli olmalı, ahıl yaşlı ailə üzvlərini bu barədə məlumatlandırmalı, şübhəli telefon zənglərinə qarşı ehtiyatlı davranmalıdır",- deyə o qeyd edib.

Aqil