"1000 avro tələb edilir"  - DİN-dən sosial şəbəkələrdə şantajla bağlı XƏBƏRDARLIQ
    • 11-06-2022, 11:36
    • 438

"1000 avro tələb edilir" - DİN-dən sosial şəbəkələrdə şantajla bağlı XƏBƏRDARLIQ

"Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var. Bununla bağlı artıq bir neçə şəxs müraciət edib".

News24.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

Xidmət rəisi sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edib.

Elşad Hacıyev qeyd edib ki, danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 € tələb olunur.