-
- 27-08-2024, 10:36
- 437
Pərviz Mustafayev faciəvi şəkildə öldü
Bakıda kişini qatar vurub.
Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 21-də 35 yaşlı Pərviz Mustafayevi Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovozun (qatar) ehtiyatsızlıqdan vurub. Nəticədə piyada aldığı xəsarətlərdən avqustun 26-da xəstəxanada ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.