-
- 4-01-2023, 15:22
- 235
Tovuzdakı insidentlə bağlı cinayət işi başlandı
Yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-nın sorğusuna cavab olaraq bildirilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.