-
- 27-08-2024, 11:10
- 721
Bakıda səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Anar Ağabəyov vəzifəsindən azad edilib.
News24.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.
Digər əmrlə, Nicat Həsənov SHXÇDX-nin Xətai rayon idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, N.Həsənov bundan əvvəl Dövlət Xidmətinin Binəqədi və Sabunçu rayon idarələrinin rəisi olub.