Bu içkini hər gün 1 stəkan içən...
    • 27-08-2024, 19:16
    • 759

Bu içkini hər gün 1 stəkan içən...

Son illərdə sağlam həyat və təbii qidalanma istəyi artdıqca insanlar müxtəlif vərdişlər qazanmağa başlayıblar. Detoks sularının və sağlamlıq dərmanlarının həyatımıza yerləşdiyi bu prosesdə bəzi təbii içkilər də ön plana çıxıb.

News24.az xəbər verir ki, bəzi meyvələrin şirələri verdiyi faydalara görə tövsiyə edilən təbii içkilər arasındadır. 

Bu meyvə şirələrindən biri təbii olaraq sıxılmış nar şirəsi kimi tanınır. Nar şirəsinin müntəzəm istifadəsi insan sağlamlığı üçün bir çox faydalar təmin edir.

Təzə yığılmış narın şirəsini sıxıb nizamlı olaraq gündə 1 stəkan içdiyiniz zaman orqanizminiz başdan ayağa yenilənir. Xüsusilə qaraciyərə müsbət təsir göstərən nar suyu bir çox xəstəlikdən xilas olmağa kömək edir. 

Nar şirəsini müntəzəm istehlak etməyin bilinməyən faydalarını təqdim edirik:

Qan təzyiqini tarazlayır: Nar şirəsində bol miqdarda kalium, C vitamini və polifenol var. Bu komponentlər qan axını balanslaşdırmağa kömək edir. Nar şirəsi qan dövranını nəzarət altında saxlamağa kömək edir, beləliklə də təzyiqi tarazlaşdırmağa kömək edir.

Ürək sağlamlığını qoruyur: Nar şirəsi qan təzyiqini, qan axınını balanslaşdırır və ürək damarlarında tıxanmanın qarşısını alır. Bu şəkildə infarkt, ürək xəstəlikləri və insult kimi problemlərin riskini əhəmiyyətli dərəcədə azaltdığı bilinir.

Qaraciyəri təmizləyir: Yüksək miqdarda antioksidant ehtiva edən nar suyu qaraciyərin təmizlənməsinə kömək edir. Nar şirəsi bədəndən toksinləri çıxarmağa kömək edir, beləliklə də qaraciyər xəstəlikləri riskini azaldır.

İmmuniteti gücləndirir: Nar suyu bədəndən toksinləri çıxararaq immuniteti də gücləndirir. Sinir sisteminin düzgün işləməsinə kömək edən nar şirəsi Alzheimer kimi yaddaşla bağlı xəstəliklərin riskini də azaldır.

Məryəm İlhamqızı