Ailə faciəsi: Ata 3 uşağını öldürdü - FOTO
    • Bu gün, 13:17
    • 629

Ailə faciəsi: Ata 3 uşağını öldürdü - FOTO

İzmirdə 4 uşağından 3-nü tapança ilə öldürən, birini isə yaralayan ata intihara cəhd edib.

45 yaşlı Vesim Şimşək Çınar yeri yaxınlığındakı əraziyə gətirdiyi 4 uşağını tapança ilə güllələyib.

News24.az NTV-yə istinadən xəbər verir ki, ata eyni silahla həyatına son qoymaq istəyib.

Xəbər üzərinə sağlamlıq və polis qrupları təyin olunan əraziyə sövq edilib.

Sağlamlıq qrupları uşaqların Ceylin (2), Cemre (4) və Nira Şimşək (14) hadisə yerində həyatını itirdiyini təyin edib.

Xəsarət alan Hira Nur (11) və atası təcili yardımla xəstəxanaya aparılıb.

İnşaat işçisi olan Vesim Şimşekin həyat yoldaşından boşanma prosesində olduğu öyrənilib.

Günel Məlikzadə