Kafel və parketləri bu üsulla PARILDADIN
    • 27-08-2024, 18:16
    • 602

Kafel və parketləri bu üsulla PARILDADIN

Ev təmizliyində istifadə edilən məhsullar bəzən gözlənilən effekti verməyə bilər. Xüsusilə kafel və parket təmizlənərkən, parlaqlıq effekti vermək üçün istifadə edilən kimyəvi maddələr ya gözlənilən parıltını vermir, ya da qalıcı ziyan vurur.

Bu zaman təbii üsullar işə düşür. 

News24.az həmin üsulu təqdim edir:

Kafel və parket təmizləyərkən təmizləyici suya sirkə əlavə edə bilərsiniz. 

Kimyəvi məhsullardan qaçmaq və təmizliyi daha qənaətli etmək istəyənlər üçün sirkə bu vəziyyətdə istifadə edilə bilən sağlam bir alternativ olaraq qarşıya çıxır.

Təmizlik üçün istifadə edəcəyiniz suya sadəcə bir qaşıq ağ sirkə əlavə etdikdə parketinizin və kafelinizin çox daha təmiz, parlaq olduğunu görə bilərsiniz.

Qeyd edək ki, ağ sirkə pis qoxuları da yox edir.

Məryəm İlhamqızı