Bazarlarda saxta sirkələr PEYDA OLDU
    • 9-05-2020, 00:52
    • 908

Bazarlarda saxta sirkələr PEYDA OLDU

Koronavirus epidemiyası səbəbindən gigiyenik məqsədlər üçün istifadə olunan sirkə istehsalında da fırıldaqçılıq artıb. 

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, elm adamları təbii fermentasiya əvəzinə kimyəvi maddələrlə istehsal olunan saxta sirkələrin insan sağlamlığı üçün təhlükə yaratdığını bildiriblər.

Təbii və yalan sirkə arasında heç bir fərqlilik olmadığını deyən mütəxəssislər, saxtanı ayırd etməyin çox çətin olduğunu söyləyiblər: "Saxta sirkə ilə təbii sirkə arasında yalnız rəng və ya qoxu fərqi var. Turşu və ya sintetik turşudan hazırlanan sirkələrdə bir qədər kəskin  qoxu olur. Alma və üzümdən hazırlanan sirkələrdə meyvə komponentlərinin qoxusu hiss olunur. Lakin istehlakçıların bunu ayırd etməsi çox çətindir, çünki onları laboratoriya analizləri ilə belə aşkar etmək çox çətindir."