Yaddaşı zəiflədən 3 qida
    • 28-08-2024, 12:14
    • 550

Yaddaşı zəiflədən 3 qida

İnsan beyninin mürəkkəb quruluşu doğulduğumuz gündən bəri öyrəndiyi hər şeyi yadda saxlamağa başlayır. Beynimizin tutumu öyrəndiyimiz hər yeni məlumata yeni yer yaratmaq üçün kifayət qədər güclüdür. Ancaq beynimizin və yaddaşımızın sərhədlərini aşan şeylər etsək, bu yaddaş problemlərinə səbəb olar.

Gündəlik işlərimiz kimi yaddaşımızı zədələyən bəzi qidalar da var. Bu qidaların istehlakı gələcəkdə yaddaşla bağlı xəstəliklərin yaranmasına səbəb olur. Mütəxəssislər sağlam ruh və bədən üçün qaçınılması lazım olan qidaları açıqlayıb. 

News24.az yaddaşı zəiflədən 3 qidanı təqdim edir:

Popkorn: Araşdırmalara görə yaddaşı zəiflətmək baxımından ən çox diqqət çəkən qida popkorn olub. Kinoların xoş müşayiəti olan və xüsusilə uşaqlar tərəfindən tez-tez istehlak edilən popkorn tərkibində diasetil adlı zərərli bir komponent var. Diasetil həm yaddaşı zəiflədir, həm də ağciyərləri zədələyir.

İşlənmiş pendir: Krem pendir və ya pendirdən hazırlanan qablaşdırılmış qidalar kimi emal olunmuş pendirlər də beyin sağlamlığımıza zərər verən məhsullar arasındadır. İşlənmiş pendir beyin funksiyalarına mənfi təsir göstərir, beynin qalıcı zədələnməsinə səbəb olur.

Xüsusilə 50 yaşdan yuxarı şəxslər üçün onun istifadəsi tövsiyə edilmir. İşlənmiş pendir əvəzinə təbii və az duzlu pendir tövsiyə edə bilərsiniz.

Un: Sadə karbohidratlı qidalar sağlamlığa zərərli olsa da, heç biri unun tək başına verdiyi zərəri verə bilməz. Daim unlu qidaların qəbulu orqanizmdə iltihaba səbəb olur. Bu vəziyyət həm yaddaşı zəiflədir, həm də orqanizmin immunitetini pozur.

Məryəm İlhamqızı