Zəhranı oğurlayan qadın barəsində həbs qətimkan tədbiri seçilib

Zəhranı oğurlayan qadın barəsində həbs qətimkan tədbiri seçilib Kriminal
Üç yaşlı Zəhra Bağırzədənin oğurlanması ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

News24.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu haqda Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O bildirib ki, şübhəli qismində saxlanılan Tərgül Nəzərova barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Z.Bağırova iyunun 4-də itkin düşüb, iyunun 6-da isə tapılıb.