"Qarabağ"la oyun öncəsi "Dinamo"da AĞIR İTKİLƏR - ADLAR
    • 28-08-2024, 16:07
    • 438

"Qarabağ"la oyun öncəsi "Dinamo"da AĞIR İTKİLƏR - ADLAR

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"ın qonağı olacaq "Dinamo" (Xorvatiya) oyuna itkilərlə çıxacaq.

News24.az qol.az-a istinadən xəbər verir ki, Zaqreb klubunun üç futbolçusu bugünkü matçı buraxacaq.

Bunlar Stefan Ristovski, Mauro Perkoviç və Dina Periçdir. Hər üç futbolçu müdafiəçidir.

Həmçinin, albaniyalı yarımmüdafiəçi Ariyan Ademinin də "Qarabağ"la görüşə hazırl olması sual altındadır.

Qeyd edək ki, bu gün Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo"  oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrebdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.