"Dinamo"nun futbolçusu ərəb klubuna keçdi
    • Dünən, 20:44
    • 203

"Dinamo"nun futbolçusu ərəb klubuna keçdi

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu futbolçusu İvan Saraniçlə yollarını ayırıb.

News24.az QOL.az-a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Batae" klubuna keçib.

Qeyd edək ki, avqustun 28-də Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo"  oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrbdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.