-
- 29-08-2024, 15:20
- 291
Azərbaycanlı gənc boğaz əməliyyatından sonra öldü
Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı gənc əməliyyatdan sonra ölüb.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Dunay prospektində yerləşən özəl klinikalardan birində baş verib. Xəstə badamcıqlarının çıxarılması əməliyyatından sonra dünyasını dəyişib.
Bu barədə tibb müəssisəsinin administratoru polisə müraciətində bildirib. O, klinikada hadisə olduğunu deyib. Müəyyən edilib ki, 20 yaşlı oğlanın badamcıqları kəsilib.
Ölümün səbəbini müəyyən etmək üçün meyit məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.
İstintaq Komitəsi araşdırma aparır.