-
- 29-08-2024, 15:52
- 724
Ermənistan xeyli sayda hücum silahları əldə etdi - Nə baş verir?
"Ermənistan ABŞ və Avropa İttifaqı ilə 5 aprel tarixində Hərbi paktı imzaladıqdan sonra, Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətlərini kifayət qədər intensivləşdirib".
Bu fikirləri News24.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, həm Azərbaycanla sərhəddə atəşkəsi pozduğunu, həm də ərazilərimizin havadan kəşfiyyatını aparmağa cəhd etdiyini vurğulayıb:
"ABŞ-la birgə hərbi təlimlər keçirən Ermənistan son zamanlar kifayət qədər güclü sayda hücum silahları əldə edir. Bu silahların isə Azərbaycana qarşı tətbiq ediləcəyi ehtimal olunur. Onu da qeyd edim ki, Ermənistan tərəfi fəaliyyətlərində güclü düzəlişlər etməyib, təxribatlarına davam edərsə, Azərbaycan tərəfi onları çox ciddi şəkildə cəzalandıracaqdır".
Günel Məlikzadə