Bu avtomobillərin satışı artdı
    • 29-08-2024, 20:56
    • 766

Bu avtomobillərin satışı artdı

Avropa Birliyi bazarında yeni avtomobil satışı iyul ayında keçən ilin eyni ayına görə yüzdə 0,2 artaraq 852 min 51 ədədə çatıb. 

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) iyul ayı üçün Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb. Açıqlanan məlumatlara görə, AB ölkələrində yeni avtomobil satışları keçən ay 2023-cü ilin eyni ayına görə yüzdə 0,2 artaraq 852 min 51 ədədə çatıb. 

Birliyə üzv ölkələrdə satılan yeni avtomobillərin 33,4 faizini benzin, 32 faizini hibrid, 12,6 faizini dizel, 12,1 faizini elektrik, 6,8 faizini plug-in hibrid, 3,1 faizini isə digər yanacaq növlərindən istifadə edən avtomobillər təşkil edib.  Klinikalar

Elektrikli avtomobil satışları iyul ayında keçən ilin eyni dövrünə görə yüzdə 10,8 azalaraq 102 min 705 ədədə gerilədi. Ötən ilin eyni dövründə elektriklə işləyən avtomobillərin ümumi satışdakı payı 13,5 faiz təşkil edib. Elektriklə işləyən avtomobillərin ümumi satışlarda payının azalması diqqət çəkib. 

İyulda keçən ilin eyni dövrü ilə müqayisədə Almaniyada yeni avtomobil satışları 2,1 faiz, Fransada isə 2,3 faiz azaldığı halda, İspaniyada 3,4 faiz, İtaliyada isə 4,7 faiz artıb.