Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb
    • 20-01-2021, 14:33
    • 553

Azərbaycan əhalisi 56 min nəfərdən çox artıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 56292 nəfər və ya 0,6 faiz artaraq 2020-ci il dekabr ayının 1-i vəziyyətinə 10 123 400 nəfərə çatıb.

News24.az xəbər verir ki, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.