Məşhur aktrisanın hamiləlik görüntüləri
    • 29-08-2024, 21:13
    • 531

Məşhur aktrisanın hamiləlik görüntüləri

Türkiyəli aktyor Kadir Doğulu ilə evli olan Neslihan Atagül sosial media hesabından hamilə olduğunu açıqlayıb.

News24.az Lent.az-a istinadən xəbər verir ki, Atagül “Bu xoşbəxtliyi bir müddət daha gizli saxlamaq istədik. Açığı, bu bizim haqqımızdı. Biz xoşbəxtik, razıyıq və yaxşıyıq" deyə paylaşım edib.

3 aylıq hamilə olan Neslihan Atagül ötən gün Kuşadası çimərliyində görüntülənib. Atagülün qarnının daha qabarıq görünməsi diqqət çəkib. 8 ildir evli olan Kadir Doğulu və Neslihan Atagül qız övladı gözləyirlər.