Kadir Doğuludan Neslihan Atagülə: Ad günün mübarək, sevgilim
    • 21-08-2024, 16:12
    • 227

Kadir Doğuludan Neslihan Atagülə: Ad günün mübarək, sevgilim

"Fatih Harbiye"nin çəkiliş meydançasında tanış olan və dostluğu zamanla sevgiyə çevrilən Neslihan Atagül və həmkarı Kadir Doğulu 2016-cı ildə ailə həyatı qurublar.

News24.az xəbər verir ki, bir neçə həftə əvvəl xoşbəxt evli aktrisa cütlüyündən körpənin müjdəsi gəlib.

Paylaşımı ilə hamilə olduğunu açıqlayan Atagül, "Bu "xoşbəxtliyi" bir müddət daha gizli saxlamaq istərdik. Açığı, bu bizim haqqımızdı... Bir sözlə, xoşbəxtik, razıyıq və yaxşıyıq" dedi.

İlk dəfə ana olmağa hazırlaşan Neslihan Atagülün 32 yaşı tamam olub.

Kadir Doğulu həyat yoldaşının doğum gününü "Ad günün mübarək, sevgilim, qeyd edəcəyimiz çox qiymətli xatirələrimiz, böyüyən ailəmiz və birlikdə yaşayacağımız daha uzun illər olsun" sözləri ilə qeyd edib.

Doğum gününü qeyd edənlərə təşəkkür edən Neslihan Atagül hisslərini bu sözlərlə dilə gətirib: “Xoşbəxtəm, çox xoşbəxtəm... Həyat yoldaşım, ailəm, həyəcan və həsrətlə gözlədiyimiz övladımızla çox xoşbəxtik. Xoş arzularınız, dualarınız və dəstəyiniz üçün sizə təşəkkür edirəm".

Bir müddətdir ekranlardan uzaq düşən məşhur aktrisanın böyüyən qarnı da diqqətdən yayınmayıb.

Günel Məlikzadə