Miri Yusif konsertində Nazirliyə SÖZ ATDI - FOTOLAR - VİDEO
    • 8-06-2019, 12:57
    • 1 731

Miri Yusif konsertində Nazirliyə SÖZ ATDI - FOTOLAR - VİDEO

Əməkdar artist Miri Yusif ötən gün Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edib.

News24.az xəbər verir ki, ilk mahnısını fanatlarına həsr edən ifaçı, daha sonra onu dinləməyə gələn hər kəsi salamlayıb. Miri Yusif sözlərinə "Ruh əkizlərinim qarşısında çıxış etmək, telekanallara müsahibə verməkdən qat-qat çətindir" sözləri ilə davam edib.

Ard-arda hit mahnılarını səsləndirən ifaçının konserti anşlaqla keçib. Gözlənilmədən başlayan yağış isə konsertin gedişatına təsir etməyib. Miri Yusif səhnədən pətəstişkarlarına səslənərək "Hidrometrologiya bu dəfə bizi aldatdı" deyib.

Konsertin əvvəlində ön sırada əyləşən Orxan adlı şəxs Leyla xanıma evlilik təklifi edib. Bu da tamaşaçıların marağına səbəb olub. 

Konsertdən olan görüntüləri təqdim edirik: