-
- 8-06-2019, 13:02
- 996
"Nəsimi" Dərbənddə - tamaşa-kompozisiya
Nəsimi ili Dərbənddə qeyd olunacaq.
Bakı Uşaq Teatrı Nəsimi ilinə töfhələr verməkdə davam edir. “Nəsimi ili-Nəsimi dili” festivalının ardınca teatrda Nəsimi poeziyasının nümunələrindən ibarə tamaşa- kompozisiya hazırlanıb.
Teatrdan News24.az-a verilən məlumata görə, kompozisiyanın quruluşçu rejissoru teatrın bədii rəhbəri-direktoru, respublikanın əməkdar artisti İntiqam Soltan, iştirakçıları isə teatrın əməkdaşlarıdır.
İyunun 10-da “Nəsimi ili-Nəsimi dili” kompozisiyası Dərbənd şəhərində nümayiş olunacaq.
Dərbənd Azərbaycan Dövlət Dram Teatrı ilə əməkdaşlıqda baş tutacaq tədbirdə Bakı Uşaq Teatrı ilə yanaşı, həmin teatrın da Nəsimi yaradıcılığına müraciət edərək hazırladığı müsiqili nömrələr nümayiş olunacaq.
Nəsimininn 650 illiyi münasibətilə bu şəhərdə tədbirin təşkil olunmasında Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əskərovun xüsusi əməyi var.
Tamaşa-kompozisiyanın Dərbənd Qalası divarları ətrafında təqdimatı nəzərdə tutulub.