-
- 30-08-2024, 10:17
- 332
Hovuza düşən uşağı xilas edərkən ÖLDÜLƏR
Türkiyədə Aydının Sultanhisar rayonunda 5 yaşlı uşaq ailəsinin öz imkanları ilə qazaraq düzəltdiyi evin yanındakı 4 metr dərinlikdəki suvarma hovuzuna düşüb.
News24.az xəbər verir ki, uşağın suya düşdüyünü görən ata, iki əmisi ilə birlikdə uşağı xilas etmək üçün suvarma hovuzuna atılıb.
Ailə üzvləri hovuzdan çıxa bilmədikləri üçün yaxınları 112 Təcili Zəng Mərkəzinə zəng ediblər.
Xəbər üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və polis sövq edilib. Qrupların köməkliyi ilə 4 nəfər hovuzdan çıxarılaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Bütün müdaxilələrə baxmayaraq, qardaşı oğlunu xilas etməyə çalışan iki əmi həyatını itirib. Suya düşən 5 yaşlı uşaq və atasının həyati təhlükəsinin olmadığı bildirilib.
Verilən məlumata görə, boğulma təhlükəsi ilə üzləşən balaca uşağı xilas etmək üçün hovuza girən iki əmisinin ölümünə hovuzda yosunların qarşısını almaq üçün mis sulfatdan istifadə edilməsi səbəb olub.
Məryəm İlhamqızı