Goranboyda 51 yaşlı qadının meyitini hovuzdan tapıblar
    • 8-01-2020, 00:14
    • 1 122

Goranboyda 51 yaşlı qadının meyitini hovuzdan tapıblar

Goranboyda qadın su hovuzuna düşərək boğulub.
News24.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib. 51 yaşlı Rəna Allahverdiyeva ehtiyatsızlıqdan həyətdə olan yeraltı su hovuzuna düşərək boğulub. Yaxınları onun meyitini hovuzdan çıxarıb. Faktla bağlı araşdırma aparılır.