Rəsul Quliyev öldü

Rəsul Quliyev öldü Hadisə


Kəlbəcərin Vəng kəndində avtomobil aşıb, ölən var. 

News24.az xəbər verir ki, VAZ-21099 markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə yerində ölüb.

Digər sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb. 

Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir. (Report)