-
- 1-09-2024, 17:05
- 420
Mikayıl Cabbarov səs verdi
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə səsvermə hüququndan istifadə edib.
News24.az xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.