Oqtay Şirəliyev bələdiyyə seçkilərində səs verdi
    • 23-12-2019, 10:10
    • 1 608

Oqtay Şirəliyev bələdiyyə seçkilərində səs verdi

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bələdiyyə seçkilərində səsvermədə iştirak edib.
Nazir 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.
Seçki məntəqəsinin sədri İmran Cəmiyev bildirib ki, O.Şirəliyev Bakı vaxtı ilə saat 09:15 radələrində öz səsini verib.
Qeyd edək ki, 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin seçici siyahısında 1320 nəfərin adı var. Səsvermə başlayandan indiyə qədər təqribən, 80 nəfər səs verib.

Bu məntəqədə 5 nəfər qeydiyyatdan çıxıb, 5 nəfər qeydiyyata düşüb. 18 yaşı yeni tamam olmuş seçicilərin sayı isə 10 nəfər təşkil edir.
Seçki prosesini yerli müşahidəçilər izləyirlər.
Xatırladaq ki, məntəqə Qərbi Kaspi Universitetinin binasında yerləşir./report/