Yük maşını insanları əzib keçdi: 11 ölü, 30 yaralı
    • 1-09-2024, 22:12
    • 1 055

Yük maşını insanları əzib keçdi: 11 ölü, 30 yaralı


Dominikanın Asua əyalətində yük maşınının bir qrup insanı vurması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 30-dan çox insan isə yaralanıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə yerli “Listin Diario” nəşri məlumat yayıb.

“Ölənlərin əksəriyyəti kişilərdir, yaralananlar arasında 17 yaşlı yeniyetmə də var”, – məlumatda bildirilib.

Qeyd olunub ki, yaralıların əksəriyyəti San-Xuan əyalətindəki xəstəxanaya aparılıb.