Pakistanda qəzada ölənlərin sayı 51 nəfərə çatıb
    • 31-01-2023, 19:19
    • 148

Pakistanda qəzada ölənlərin sayı 51 nəfərə çatıb

Pakistanın Hayber-Paxtunxva əyalətindəki Tanda Dam gölündə mədrəsə şagirdlərinin olduğu qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 51-ə çatıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin 49-u şagirddir. Müəllim və qayıqçı da dünyasını dəyişib.

Daha əvvəl əksəriyyəti uşaq olmaqla 30 nəfərin öldüyü barədə məlumat verilmişdi.