"Qarabağ" "Zirə"ni məğlub etdi
    • Dünən, 23:35
    • 82

"Qarabağ" "Zirə"ni məğlub etdi


Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, sonuncu matçda "Zirə" "Qarabağ"ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 3:1.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. "Zirə" 6 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Sabah" səfərdə "Kəpəz"i (3:2), "Araz-Naxçıvan" "Sumqayıt"ı (1:0), "Turan Tovuz" isə evdə "Səbail"i (1:0) məğlub edib. "Şamaxı" - "Neftçi" görüşündə hesab açılmayıb.