"Neftçi"dən Premyer Liqada növbəti QƏLƏBƏ
    • 2-09-2023, 22:49
    • 328

"Neftçi"dən Premyer Liqada növbəti QƏLƏBƏ

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

News24.az Report-a istinadən xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Sumqayıt"ın qonağı olub.

"Kapital Bank Arena"dakı qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın heyətində 74-cü dəqiqədə Dieqo Valdez fərqlənib.

Bu nəticədən sonra xalllarının sayını 8-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. 7 xala malik "Sumqayıt" dördüncü sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Qəbələ" "Zirə"ni məğlub edib - 1:0.

Turun ilk oyununda "Turan Tovuz" səfərdə "Sabah"ı üç cavabsız qolla üstələyib. Tura sentyabrın 3-də “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.