Yeniyetmə, ailəsini bıçaqlayaraq öldürdü
    • Bu gün, 16:58
    • 154

Yeniyetmə, ailəsini bıçaqlayaraq öldürdü

Milanın ətrafında 17 yaşlı yeniyetmə valideynlərini və kiçik qardaşını öldürüb. 

News24.az xəbər verir ki, bu barədə Corriere della Sera qəzeti yazır.

Nəşrin məlumatına görə, Paderno Duqnanoda 17 yaşlı oğlan bütün ailəsini bıçaqlayaraq öldürüb. 

Məlum olub ki, qətldən əvvəl axşam ailə üzvləri atalarının ad gününü qeyd ediblər.

Yetkinlik yaşına çatmayanlar üzrə prokuror Sabrina Ditarantonun sözlərinə görə, saxlanılan yeniyetmə öz hərəkətlərini izah etməyib, lakin o, müstəntiqlərə bir neçə gün ərzində xəstəlik və diskomfort, həmçinin ailəsi ilə bağlı olmayan qətl düşüncələri barədə danışıb.

Məryəm İlhamqızı