-
- 18-04-2019, 18:51
- 1 565
Şabranda yeniyetmə oğlanı zorlayan üç nəfər saxlanıldı
Şabranda yeniyetmə oğlanı zorlamaqda ittiham edilən üç nəfər saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə oxu.az-a Şabran Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, 15 yaşlı yeniyetmə (ad və soyad etik səbəblərdən açıqlanmır) həmyaşıdları və özündən yaşca böyük şəxslər tərəfindən seksual təcavüzə məruz qalıb.
Məhkəmə-tibbi ekspertizası yeniyetmənin mütəmadi cinsi əlaqədə olması faktını təsdiqləyib, onun bədənində cinayətin xarakterik izləri aşkarlanıb.
Bu səbəbdən cari ilin martın 19-da 150.2.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi açılıb.
Zərərçəkən tərəf bildirib ki, cinayətdə 17 nəfər iştirak edib. Lakin Şabran RPİ-dən qeyd ediblər ki, hazırda iş üzrə yalnız üç nəfər saxlanılıb. Digər şəxslərin bu cinayətdə iştirakı təsdiqlənməyib.
Qeyd edək ki, yetkinlik yaşına çatmayanlar 14 yaşından etibarən və yalnız ağır cinayət törətdikdə cinayət məsuliyyətinə cəlb olunurlar.
Mövcud Cinayət Məcəlləsinin 160.2.3-cü maddəsinə görə beş ildən səkkiz ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Polisdən qeyd ediblər ki, hazırda faktla bağlı araşdırmalar davam etdirilir.