“Əl-Nəsr” məşhur futbolçusu ilə yollarını ayırdı
    • Dünən, 22:56
    • 115

“Əl-Nəsr” məşhur futbolçusu ilə yollarını ayırdı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu futbolçusu Aleks Telleslə yollarını ayırıb.

News24.az “Report”-a istinadla xəbər verir ki, 31 yaşlı cinah müdafiəçisinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

“Əl-Nəsr”də portuqaliyalı futbolçu Kriştianu Ronaldu ilə birgə çıxış edən Telles daha əvvəl “Qalatasaray” (Türkiyə), “İnter” (İtaliya), “Portu” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə) və “Sevilya” (İspaniya) klublarının şərəfini qoruyub.