Ərdoğan Rusiyadan gələn dəvəti QƏBUL ETDİ
    • 3-09-2024, 14:35
    • 272

Ərdoğan Rusiyadan gələn dəvəti QƏBUL ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hakimiyyətinin Kazanda keçiriləcək BRİCS sammitinə gəlmək dəvətini qəbul edib. 

News24.az-ın xəbərinə görə, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Təklif Türkiyə tərəfinə çatdırılıb və Ərdoğan bunu qəbul edib. BRİCS sammiti 2024-cü il oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Aqil Qarayev