Putin Türkiyəyə səfər edəcək
    • 16-06-2023, 14:05
    • 203

Putin Türkiyəyə səfər edəcək

Yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, Putini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəvət edib.

“Türkiyə prezidentindən dəvət var. Putin və Ərdoğan səfərin yaxın gələcəkdə olacağı ilə bağlı razılığa gəliblər, lakin biz hələ konkret gün, konkret tarixlər barədə danışmamışıq”.

Qeyd edək ki, bu, Putinin 2023-cü ildə ilk xarici səfəri olacaq. 

Qumral