İtkin düşən 15 yaşlı qızın meyiti qonşuda tapıldı

İtkin düşən 15 yaşlı qızın meyiti qonşuda tapıldı Kriminal

Bərdə rayonunda iki gün əvvəl itkin düşən 2009-cu il təvəllüdlü qızın meyiti aşkar edilib.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Bildirilib ki, qızın meyitinin qonşu həyətdə basdırıldığı müəyyən olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır