FIFA referisi Elçin Məsiyev təyinat aldı
    • Bu gün, 16:00
    • 96

FIFA referisi Elçin Məsiyev təyinat aldı

FIFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Bosniya və Herseqovina – Avstriya qarşılaşmasının baş hakimi olacaq. Referiyə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da Sarayevo şəhərindəki “Qrbavitsa” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.