Elektrikli skuterlə körpə uşağı VURDU
    • Dünən, 23:33
    • 145

Elektrikli skuterlə körpə uşağı VURDU

Moskvada naməlum şəxs elektrikli skuterlə körpənin olduğu uşaq arabasını vurub. 

News24.az xəbər verir ki, bu barədə “Regnum” agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.

Hadisə ötən gün paytaxtın cənubunda baş verib. Polyana küçəsində skuter sürücüsü içərisində dörd aylıq körpə olan uşaq arabasını vurub. Körpənin anasının sözlərinə görə, hər şey evin həyətində baş verib. Zərərçəkənin vəziyyəti ilə bağlı məlumat yoxdur.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Məryəm İlhamqızı