Hidayət Heydərova avtomobil hədiyyə edildi
    • Dünən, 22:02
    • 378

Hidayət Heydərova avtomobil hədiyyə edildi


"Mazda Azərbaycan" Olimpiya çempionu Hidayət Heydərova Mazda CX-60 avtomobili hədiyyə edib.

"Group Motors Azərbaycan" ölkəmizin fəxri çempionunun bu qələbəsini yüksək səviyyədə dəyərləndirib.

Hidayət Heydərov bu jestin onu olduqca məmnun etdiyini vurğulayaraq, "Mazda Azərbaycan"ın hazırda keçirdiyi kampaniyanın xüsusi əhəmiyyətini qeyd edib:

“Bu il Mazda avtomobili alan hər kəs kimi, mən də 3 il və ya 100 000 km-ə qədər pulsuz servis xidməti imkanından yararlana biləcəyəm. Bu cür geniş imkanlar Mazda-nın müştərilərinə verdiyi dəyəri bir daha sübut edir”.

Eyni zamanda, "Mazda Azərbaycan" bütün modellərə 3 illik rəsmi zəmanət təqdim edərək, keyfiyyət və etibarlılığı ön planda tutur.