Bu gün Premyer Liqanın XVI turunda daha iki oyun keçiriləcək

Bu gün Premyer Liqanın XVI turunda daha iki oyun keçiriləcək İdman

Misli Premyer Liqasında 2025-ci ilin sonuncu - XVI turunda bu gün daha iki oyun keçiriləcək.

News24.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

"Karvan-Yevlax" Yevlax şəhər stadionunda "Neftçi" ilə üz-üzə gələcək. Görüş saat 14:00-da start götürəcək.

"Neftçi" 17 xalla 8-ci yerdə qərarlaşıb. Hesabında 6 xal olan "Karvan-Yevlax" 12 komandanın sıralamasında sonuncudur.

Günün ikinci qarşılaşmasında isə "Zirə" "İmişli"ni sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matçın start fiti saat 16:30-da səslənəcək.

27 xalı olan "Zirə" turnir cədvəlində 5-cidir. "İmişli" isə 16 xalla 9-cudur.

Misli Premyer Liqası

II dövrə, XVI tur

20 dekabr

14:00. "Karvan-Yevlax" – "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Yevlax şəhər stadionu

16:30. "Zirə" – "İmişli"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov

VAR: Rəvan Həmzəzadə

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. XVI tura dekabrın 22-də yekun vurulacaq