Sərhəddə partlayışlar: ermənilər “itkilər”ini açıqladı
    • 4-09-2024, 08:00
    • 1 502

Sərhəddə partlayışlar: ermənilər “itkilər”ini açıqladı


Ermənistanın Tavuş vilayətinin Voskepar kəndinin sakinlərinə məxsus 7 inək sərhəddə minaya düşüb.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Hadisə “Üçbucaq” adlanan ərazidə baş verib. Həmin hissənin Ermənistanın ərazi bütövlüyünə daxil olduğu bildirilir.

Mal-qara sahiblərinə nə qədər ziyan dəydiyi hələlik bəlli deyil.

Qeyd edək ki, Ermənistan Qarabağda olduğu kimi, Azərbaycanla sərhədi də kütləvi şəkildə minalayıb. Nəticədə hər iki tərəfdə hərbi və mülki şəxslər zərər görür.