Erməni əsgər Azərbaycanla sərhəddə minaya düşdü
    • 6-06-2024, 13:48
    • 185

Erməni əsgər Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistanın Tavuş rayonunun Voskepar kəndindəki kilsənin yaxınlığında minanın partlaması nəticəsində erməni sərhədçi yaralanıb.

News24.az modern.az-a istinadla xəbər verir ki, bu barədə Tavuşdan olan jurnalist Oskan Sarkisyan məlumat yayıb.

“Bir müddət əvvəl Voskeparın 7-ci əsrə aid Surb Astvastatsin kilsəsi yaxınlığında piyada əleyhinə minanın partlaması nəticəsində bir sərhədçi əsgər yaralanıb, ayağı qopub”, - deyə o yazıb.

Jurnalist bəzi detalları da təqdim edib. O bildirib ki, yaralanan həbçi MTN sərhəd qoşunlarının əsgəri, 2000-ci il təvəllüdlüdür.

“Əslən Aşotskdan olan hərbçi hazırda Noyemberyan tibb mərkəzində müalicə alır”.

Qeyd edək ki, hadisənin baş verdiyi Voskepar kəndi Azərbaycanın Qazax rayonu ilə sərhəddə yerləşir.  Kənddə delimitasiya işləri yenicə başa çatıb.