Nazir müavini vətəndaşları qəbul edəcək
    • 10-06-2019, 15:48
    • 987

Nazir müavini vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavini Sahib Ələkbərov 14 iyun 2019-cu il tarixində İmişli rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: İmişli şəhəri, 20 yanvar küç.) İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, vergilər nazirinin müavini Mətin Eynullayev isə həmin gün Ağsu rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küç.) Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 11-13 iyun 2019-cu il tarixlərində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə, Şamaxı rayonunda 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli, Ağcabədi, Ağsu və Qobustan rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.